Modern.az

Ən yaşlı və ən gənc qadın vəkillər

Ən yaşlı və ən gənc qadın vəkillər

Aktual

17 Yanvar 2024, 10:52

Azərbaycanda 87 yaşlı vəkil Səttarova Türrə Əhəd qızı ən yaşlı, 24 yaşlı Məmmədova Nuranə Asif qızı isə ən gənc vəkildir.

 

Modern.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının 2023-cü il üzrə hesabatında qeyd edilib.

 

Bildirilib ki, hazırda Azərbaycanda 2 431 vəkil fəaliyyət göstərir. Onlardan 1995 nəfəri kişi, 436 nəfəri qadındır. Həmin şəxslərdən 1 976 nəfəri Bakıda, 455 nəfəri isə regionlarda fəaliyyət göstərir.

 

Eyni zamanda ötən 6 ildə ölkəmizdə vəkil bürolarının sayı da təxminən 4 dəfə artaraq 135-ə çatıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi