Modern.az

Ölkədə su ehtiyatları ilə bağlı ciddi problemlər var - Deputat

Ölkədə su ehtiyatları ilə bağlı ciddi problemlər var - Deputat

17 Yanvar 2024, 12:38

Ölkədə su ehtiyatları ilə bağlı ciddi problemlər var. Bunun da səbəbləri su ehtiyatlarımızı köhnə texnologiyalarla işlətməyimizdir.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında deputat Asim Mollazadə bildirib. 

 

“Biz bu sahədə beynəlxalq təcrübələrdən istifadə etməliyik. Bu il ölkəmiz COP-29-a ev sahibliyi edəcək. Ona görə də bundan istifadə edərək Azərbaycana Ermənistandan gələn çayların zəhərlənməsi məsələsini qaldırmalıyıq. Bu yolla beynəlxalq təşkilatların diqqətini çəkə bilərik”,- deyə o bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...