Modern.az

Xəzərdə batmaq təhlükəsi ilə üzləşən şəxslər xilas edildi

Xəzərdə batmaq təhlükəsi ilə üzləşən şəxslər xilas edildi

Aktual

17 Yanvar 2024, 13:04

Xəzərdə batmaq təhlükəsi ilə üzləşən Astara sakinləri xilas edilib.

 

Bu barədə Modern.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

 

Yanvar ayının 16-da saat 16:50-də Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Cənub regional şöbəsinin Kələdəhnə sahil nəzarəti bölməsinə 2 nəfər heyət üzvü olan plastmas tipli qayığın mühərrikində yaranmış nasazlıq səbəbindən sahildən 6 mil məsafədə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

 

Daxil olmuş məlumat əsasında qayığın və heyət üzvlərinin xilas edilməsi məqsədi ilə dövlət sərhədinin mühafizəsində olan “Tufan” tipli sərhəd gəmisi qeyd olunan istiqamətə göndərilib.

 

Keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində saat 18:45-də dənizdə köməksiz vəziyyətdə qalmış Astara rayonu Şahağacı kənd sakinləri sərhədçilər tərəfindən xilas edilərək sahilə çıxarılıb.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi