Modern.az

Səbuhi Məmmədli dəfn olundu

Səbuhi Məmmədli dəfn olundu

Aktual

17 Yanvar 2024, 14:36

Tanınmış jurnalist, Lent.az saytının əməkdaşı Səbuhi Məmmədli dəfn olunub.

 

Modern.az-ın xəbərinə görə, Səbuhi Məmmədli doğulduğu Ucar rayonunun Müsüslü kəndində torpağa tapşırılıb.

 

Dəfn mərasimində Səbuhi Məmmədlinin yaxınları, media nümayəndələri və iş yoldaşları iştirak edib.

 

Şəkərli diabet, ürək və böyrək çatışmazlığı, ağciyərin pnevmoniyasından əziyyət çəkən Səbuhi Məmmədli, gecə saatlarında müalicə olunduğu “Yeni Klinika”da vəfat edib.

 

Allah rəhmət eləsin!

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi