Modern.az

Qalibiyyət formulundakı “10100” tarixi kodunun sirri

Qalibiyyət formulundakı “10100” tarixi kodunun sirri

Aktual

17 Yanvar 2024, 15:20

Yüz birinci ildən sonra başlanan 100 il...

 

Ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş, eləcə də də dövlətçilik tarixinə qarşı qlobal planları iflasa uğratmış qalib Azərbaycanın bütöv konstitusional ərazilərində keçiriləcək seçkilər milli və geosiyasi gedişat olmaqla, həm də yeni dövrün başlanğıcı  deməkdir. Bu baxımdan öz geosiyasi proyeksiyasında bir dövlətin qələbəsinə hərbi mahiyyətindən ötə, ictimai-siyasi, sosio-mədəni və struktural tənzimləyici qanunauyğunluqlar gətirməklə, siyasi hakimiyyətin ideoloji fəlsəfəsinə yeni teorilər bəxş edir.

 

Qalibiyyət dövrünün ilk seçkisi real mahiyyətindən fərqli və ötə, əsrin qalib ideologiyası və dövlətçilik konsepsiyası fonunda növbəti yeni və qalib yüz illiklərə siyasi iradə göstərir və hər bir vətəndaşı qalib namizəd statusuna dəvət edir. Təkcə tarixi nöqteyi-nəzərdən deyil, həm də əsrin seçkisi geosiyasi semantikası ilə haqlı olaraq milli ideoloji platformasında Zəfər quruculuğuna - Azərbaycanın qalibiyyətinin gələcək 100 illik strategiyasına mühüm meydan tanıyır.

 

İdeoloji-siyasi fəlsəfəsi regional quruculuğa və bölgədə strateji tarazlığa yönəlik strategiyanın siyasi, iqtisadi və mədəni imperializmi öz milli təməl ideologiyasında dövlətlərin haqq siyasətinin preroqativliyinə əsaslanır.

 

Azərbaycanın dövlətçilik tarixinin qalib əsrinin ideoloji-siyasi, fəlsəfi və konseptual təməllərinin inşası dövlətin xüsusilə regional idarəçilik və təhlükəsizlik normativləri ilə makroprudensial əsaslı regional quruculuqda konfiqurativ iqtidarını getdikcə daha da genişləndirdiyi bir mərhələdə adekvat strateji siyasət kultunu və diplomatiyanı şərtləndirir.

 

Qafqazda sülh düzəninin təhlükəsizlik, sabitlik və hüquqi normalarına hər cür radikal absentizmi inkar və kövrək qlobal sistemə additiv siyasi xarakterindən sülh meydanında növbəti geosiyasi ədalət zəmini ilə seçki tarixi institutusional mahiyyət qazanır.

 

Planetar nüfuz yüksəlişi ilə bölgənin rəqabətqabiliyyətli qütbü Azərbaycan yeni arxitekturaya qalib ölkə və qalib lider fövqəl statusu ilə keçid edir. Bu fövqəllik üstünlük və beynəlxalq konyekturada qəbul edilən dövlət anlayışından daha uca mərama - yeni formasiyada gələcək mühüm siyasi və strateji təməllərin təminatına əsaslanır.

 

Yeni regional və beynəlxalq münasibətlər sisteminin gələcək sabit və dayanıqlı təminatı və onun geostrukturunun xarici dəyişikliklərdən müdafiəsinin sosioidrakı, fövqündə qalib və güclü vətəndaşın dayandığı quruculuğa xidmət edəcək yeni və işlək ideologiyaların ekzistensiyasını şərtləndirir.

 

Bu xüsusda, Prezidentliyə namizəd Zahid Orucun platforması yeni dövlət quruculuğunun siyasi və ideoloji tələblərinə cavab verən milli kursun ali hədəflərini özündə ehtiva etməklə, qalibiyyətin gələcək 100 illik siyasi, hüquqi və beynəlxalq müstəvidə davamlı təməllərinə hesablanmış strateji məramının ifadəsi hesab edilə bilər.  

 

Göründüyü kimi, liderliyə namizədin seçki platforması və bu fonda dövlətin gələcək ideoloji-siyasi kursuna uzunmüddətli dövrə xarakterik və tamamlayıcı strateji töhfə onun siyasi imicinin kompleks nəzəri-analitik modelinin ilkin təhlillərini aparmağa imkan tanıyır.

 

Qələbəni ən ali ədalət tribunalı - Azərbaycanın Dördüncü Respublika quruculuğu ilə mərtəbələndirən 100 illik qalibiyyət strategiyasının yeni dövrdə dövlətlərarası münasibətlərin regional və beynəlxalq assosiasiyası ilə yanaşı, onun siyasi, sosial, iqtisadi, mədəni, eləcə də ideoloji sərhədlərini nəzərə alsaq, Qərb təcrübəsində liderlərin siyasi imic və vizyonunun texnoloji təqdimat normalarından fərqlənərək daha praqmatik və utilitar xarakter daşıyır.

 

Xüsusilə diqqət çəkən məqamlardan biri strateji niyyətlərin dövlət və vətəndaş konformizmini dəstəkləməsi, yeni dövlət quruculuğunun qalib kadr siyasəti ilə dualizmi, dövlətçilik milli şüurunun inkişafı, praqmatik xarici siyasi xətt, qalib sosial, iqtisadi, təhsil siyasəti, yeni formasiyada daxili və xarici siyasətdə preventiv qərarqəbuletməyə dair fəaliyyət istiqamətləri namizədin ali rəhbərdən sonra ikinci qalib  və siyasətçi lider obrazının fərqli imic səciyyələrini müəyyən etməyə imkan verir. Zahid Orucun siyasətçi, millət vəkili və rəy idarəçiliyini hədəfləyən beyin mərkəzinin qurucu lideri olaraq fəaliyyət sahələri onun siyasi imicinin ən çevik komponentlərindən hesab olunur.

 

Azərbaycanın siyasi dövlətçiliklə bağlı baxışları, milli və dövləti mənafelərin, mənəvi, tarixi dəyərlərin qorunması, insan hüquqları, rəy əsaslı idarəçiliyin və müasir elmin inkişafı, güclü Azərbaycan vətəndaşı və gənclər siyasətinin davamlı keyfiyyətləri və dövlət siyasətinə cavab verən analitik məktəbinin əsasları onun siyasi obrazı ilə tamamlanır. Bu fonda millət vəkili və siyasətçi olaraq istər parlamentdə, istərsə də Azərbaycan ictimai-siyasi fikir məkanında siyasi, sosial, iqtisadi, mədəni və geosiyasi sferada konseptual çıxışları, dövlət siyasətində əskini tapmış qanunvericilik təşəbbüsləri, siyasi konsepsiyaları, cəmiyyətin yüksək imicinə xidmət edən təşəbbüs və təklifləri onun siyasi portretinin mühüm nəzəri cizgilərini təşkil edir. Bu baxımdan onun müxtəlif sahələr üzrə qanunvericilik təşəbbüsü ilə çıxış etmə stili, güclü Azərbaycan dövləti və millətinin mənafeyinə xidməti, ölkəmizin beynəlxalq mövqeyinin möhkəmləndirilməsi istiqamətində izlənilən ideoloji-siyasi xətti ümumiyyətlə prezidentliyə namizədin siyasi obrazının nəzəri-konseptual əsaslarının təhlilində ictimaiyyət tərəfindən qavranılan və siyasi aktorun  nail olmaq istədiyi imic xüsusiyyətlərinin vahid modeldə uğurlu ifadəsi sayıla bilər. Bu fonda siyasi aktorun dövlətçilik portretini nəzəri-konseptual baxımından təfsirini aşağıdakı şəkildə ümumiləşdirə bilərik:

 

  • Siyasi-dövlətçilik kursunda güclü dövlət-cəmiyyət tərəfdaşlığı;
  • Yeni dövlət quruculuğu siyasətində güclü vətəndaş siyasəti;
  • Qalib idarəçilik institutunun formalaşdırılması;
  • Milli-ideoloji kimlik və millət quruculuğu;
  • Dayanıqlı sosial-təhlükəsizlik siyasəti.

 

Burada çox önəmli bir məqam ictimaiyyət tərəfindən qavranılan və siyasi aktorun  nail olmaq istədiyi siyasi obrazın vəhdəti, yəni prezidentliyə namizədin bir dövlət xadimi olaraq nail olmaq istədiyi və yaratdığı siyasi obrazın ictimai-siyasi fikir məkanında, eləcə də seçiciləri və xalq arasında real imic olaraq xüsusi səciyyəvilik daşımasıdır. Azərbaycanın dünyaya inteqrasiyası, dövlət və cəmiyyətin tərəfdaşlığı, sosial-siyasi təhlükəsizlik, dayanıqlı sosial təminat sistemi, korrupsiyaya qarşı mübarizə, ədliyyə-hüquq sistemində islahatlar, müasir elmin inkişafı, cəmiyyətin bütün sosial-iqtisadi sferalarında qadınlarla kişilərin bərabər hüquqları, Azərbaycanda ailə dəyərlərinin qorunması və eləcə də digər istiqamətlərdə dövlət siyasətinə töhfə xarakterli baxışları və siyasət təklifləri, eyni zamanda, ölkədə baş verən sosial, siyasi reallıqların qanunverici tribunadan yüksək səviyyədə təqdimatı ilə izlənilən taktiki və strateji kurs onun siyasətçi lider obrazını və dövlətçilik fəaliyyətini xarakterizə etməkdədir.

 

Zahid Orucun siyasətçi lider obrazı ilə yanaşı, onun ictimai-siyasi fikirdə siyasi-dövlətçilik baxışları, qəbuledilən, müzakirə yaradan və bu fonda dövlətin siyasi kursuna strateji töhfə verən siyasi aktor imici xarici siyasətə təsiretmə prizmasından pozitiv attraksiya hesab edilə bilər. Çünki effektiv və peventiv geosiyasi baxış keyfiyyətlərini daşımaq, məntiqi mühakimə və analitik yaddaşda qalıcı aktor obrazı  bir siyasi imici tamamlamaqla, onun daxili və xarici siyasətdə qurucu missiyasını xarakterizə etməkdədir.

 

Bu fonda pezidentliyə namizədin siyasi portretinin siyasi marketinq prizması və elektoral texnoloji yanaşma təhlili ənənəvi metodundan fərqli olaraq Azərbaycanın qalib xarici siyasət prioritetlərinin müəyyənləşməsində rolu və təsiri çərçivəsində tədqiqinə diqqət yetirilir.

 

Konkret faktlar üzərindən təhlillərə əsaslansaq, birinci və ikinci Qarabağ müharibələrini əhatə edən Müharibə Cinayətlərinin Cəzalandırılması Komissiyasının yaradılması ilə son 34 ilin 1949-cu ilin Cenevrə Konvensiyasında cinayət sayılan bütün qeyri-insani əməllərin, hərbi cinayətlərin vahid platformada və siyasətdə birləşdirilməsi təklifi  təkcə bir dövlətə və xalqa qarşı legitim hüquqi müdafiə tələbi deyil, həm də problemlərin həllində produktif təsiretmə mexanizminə malik olmayan Beynəlxalq ədalət məhkəməsi, BMT, eləcə də digər beynəlxalq təsisatlarının yetərsizliyinin reputativ bərpası və xilasında heç bir yol oynamadıqları Qarabağın heç olmasa regional quruculuğunda iştirakçılığa çağırış ideoloji əhəmiyyətinə malikdir.

 

Bu, 44 gündə empirik nəzəri kökləri ilə idarəedici, struktural tənzimləyici və funksional sistemli işlək bir Qələbə mexanizminin geosiyasi proyeksiyasının Qafqaz regionu ilə məhdudlaşmadığı anlamını da daşımaqdadır. Autentik mahiyyətcə özünə qarşı imitasion katalizləri neytrallaşdırmaqla regionda sülh düzəninin təhlükəsizlik, sabitlik və hüquqi normalarını özündə ehtiva edən geosiyasi təməlində Qafqaz regionundan Avroatlantik məkana, eləcə də sözügedən geoməkanın təhlükəsizliyi üçün konseptiv inteqrala malikdir.

 

Bu prosesin davamı olaraq xalqımıza qarşı edilən müharibə cinayətlərinin, vurulan mülki və iqtisadi ziyanların əvəzində Zəngəzur dəhlizinin tam Azərbaycanın istifadəsinə verilməsi ideoloji yanaşması 44 günlük müqəddəs müharibənin nəticələri fonunda hərbi cinayətlərə qarşı adekvat taktiki siyasi gediş olmaqla, Azərbaycanın Ermənistana qarşı qaldırdığı dövlətlərarası arbitraj çərçivəsində prosessual iclas fonunda prosesin gələcək gedişatına dair hüquqi-siyasi postulatları özündə ehtiva edir və destruktiv qüvvələrin sülhə təcavüz cəhdlərini əsaslandıran cəzasızlığa qarşı da beynəlxalq hüquq qarşısında yeni tələblər formalaşdırır.

 

Azərbaycanın 200 ildən sonra bütün regionun iqtisadi müstəqilliyə gedən yolunun Zəngəzurdan cəmi 200 km-lə qısaltması ən azı iki əsrlik geosiyasət hadisəsidir.  XXI əsrin yalnız kiçik deyil, həm də “Böyük Ermənistan” qlobal layihəsi üzərində qələbə çalmış Zəfər rütbəli Azərbaycan qalibiyyətinin dördüncü ilində yeni dövlət, hakimiyyət, cəmiyyət və vətəndaş quruculuğu, Qarabağda - Qafqazda birgəyaşayış konsepti ilə yeni yüksəliş dövrünə qədəm qoyur. Müstəqil namizəd kimi prezident seçkilərində iştirak edən Zahid Orucun ideoloji amalı, siyasi dövlətçilik məfkurəsi Azərbaycanın dayanıqlı qalib dövlətçilik modelinin inkişaf təməlləri üzərində qurulub. Bu fonda onun diplomatik portretinin təhlili yeni quruculuq dövrünün qələbə bəyannaməsində aşağıdakı geosiyasi mənafeləri prioritetə çevirir:

 

  • Azərbaycanın yeni formasiyada qalib iqtidarının genişləndirilməsi;
  • Azərbaycanın regional və beynəlxalq konyekturada geosiyasi və geoqtisadi konfiqurasiyası;
  • Ədalətli beynəlxalq təhlükəsizlik arxitekturasının inşasına töhfə siyasətinin davam etdirilməsi;
  • Beynəlxalq siyasi münasibətlərdə tarazlaşdırıcı və bərpaedici rolun daha da gücləndirilməsi.

 

Prezidentliyə müstəqil namizədin daxili siyasət, xarici strategiya, siyasi, sosial, iqtisadi, təhlükəsizlik, siyasi dövlətçilik, mili kimlik və dövlət şüurunun formalaşmasında rolunun sistemli təhlili bu istiqamətdə dövlət kursuna starteji töhfə əsaslı, qalib dövlətin və cəmiyyətin gözləntilərini əhatə etməsi ilə xarakterik olduğu nəticəsini hasil etməyə imkan verir. Bununla yanaşı, müasir ictimai-siyasi sferada intellektual lider portretinin ictimaiyyətlə əlaqələrin qurulması çərçivəsində tədqiqi elmi tələb olaraq aktuallığını qoruyur. Müasir siyasi imicin formalaşdırılması texnoloji mərkəz statusunu qoruyan ABŞ-da seçkilər siyasi texnoloqlar, media sahəsi və gələcək seçki strateqləri üçün mühüm təcrübə və mübadilə kursu funksiyasını yerinə yetirməkdədir. Bu mənada, seçkilərdə zəngin siyasi-intellektual, diplomatik, mədəni portreti ilə iştirakçılıq, ictimai-siyasi sferaya nüfuzetmə, uğurlu aktor obrazı təqdimatı mahiyyətindən ötə,  sözügedən kursa gələcək töhfə və uğurlu ictimaiyyətlə əlaqələrin qurulması ilə hədəf auditoriyasına müsbət təsiretmə baxımından faydalıdır. Müstəqil namizədin müasir ictimai-siyasi sferada və kommunikasiya məkanında səmimi media dili, informasiya məkanında hadisələrə çevik, obyektiv reaksiyası, siyasi-analitik məhsul tələbatını yüksək səviyyədə qarşılaması, elmi sahə ilə ictimaiyyətlər arasında qurucu missiyası onun siyas portretini tamamlayıcı viziual komponentlər olaraq çıxış edir.

 

Dövlət və millət üçün ən mühüm siyasi proseslərdə - seçkilərdə iştirak etmək gedilən yolda nəticəyə aparan əsas mərhələ olsa da, prosesdə qalib dövləti uğurla təmsil etmək və mənsub olduğun qalib əqidəni dövlətin siyasi kursuna daşımaq həlledici amildir.

 

Çünki qlobal seçki erasını qalib dövlət statusu ilə tarixləşdirən Azərbaycanın  yeni yüz illik başlanğıcı siyasi, iqtisadi, hərbi, eləcə də diplomatik sferada problemlərə adekvat həll performansını və çevik preventiv yanaşma potensialı ilə fərqlənən qalib kadrlar siyasətini şərtləndirir.

 

Dövlətinə və millətinə zəfər taleyi, gələcək nəsillərə qalib irs bəxş etməklə Azərbaycanı öz tarixi torpaqlarında yenidən Yaradan Lider hüquqi-siyasi normativlərdən asılı olmayaraq bütün dövrlərin qalibidir!

 

Bir sözlə, tarix dövlətlərin taleyini və dövrlərin gedişatını sadəcə təqvimlər üzrə dəyişmir, həm də rəqəmlərdə gələcək zamanların hədəflərini zəfərləndirməklə hökmlü olduğuna görə yeni əsrin qalibiyyət şifrəsini “10100” ilə nahaq yerə simvolizə etmir. Ümummilli liderin 101-ci ilinə və tarixi Zəfərə aparan yolların təməl təqviminə təsadüf edən 7 fevral seçkiləri həm də Azərbaycanın yüz birinci ildən sonra yeni 100 illiyinin - qalib əsrinin təntənəsidir!

 

Aygün Yusibova

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi məzunudur. 2024-cü ildən təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət idarəçiliyi sahəsi üzrə davam etdirəcək. Qarabağ, sülh quruculuğu, 1930-1970-ci illərdə Azərbaycan SSR-də dini siyasət, ictimai-siyasi sferada müvafiq sahələr üzrə sosiololji və tarixi tədqiqatların, elmi araşdırma və məqalələrin müəllifidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi