Modern.az

Tofiq Yaqublunun şikayəti təmin olunmadı

Tofiq Yaqublunun şikayəti təmin olunmadı

Aktual

17 Yanvar 2024, 18:00

Milli Şuranın üzvü Tofiq Yaqublunun apellyasiya şikayəti təmin olunmayıb.

 

Modern.az xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc məlumat verib.

 

Bakı Apellyasiya Məhkəməsinə T.Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı müraciət olunub. Bu gün keçirilən məhkəmə iclasında apellyasiya şikayəti təmin olunmayıb. Onunla bağlı verilən 4 aylıq həbs qərarı dəyişdirilmədən saxlanılıb.

 

Qeyd edək ki, o, ötən il dekabr ayının 14-ü saxlanılıb. Tofiq Yaqublu Azərbaycan Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə), 320.1 (rəsmi sənədləri saxtalaşdırma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunur və Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi