Modern.az

Sumqayıtda yanğına görə qaz kəsildi - "Qaçqınkom" da hadisə yerində

Sumqayıtda yanğına görə qaz kəsildi -

Aktual

18 Yanvar 2024, 00:34

Sumqayıtda təhlükəsizlik tədbirləri çərçivəsində hadisə yerinə yaxın ərazilərin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB-nin sözçüsü Eldəniz Vəliyev bildirib.

 

"Qeyd edim ki, yataqxana tipli bu bina qazlaşmayıb. Hadisənin baş vermə səbəbini hüquq-mühafizə orqanlarının istintaqından sonra bilinəcək", - sözçü qeyd edib.

 

Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binası yanır. Əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

 

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən isə bildirilib ki, qurumun nümayəndələri hadisə yerindədir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi