Modern.az

Cinayət törətməkdə şübhəli bilinən 81 nəfər saxlanıldı

Cinayət törətməkdə şübhəli bilinən 81 nəfər saxlanıldı

Aktual

18 Yanvar 2024, 09:34

Yanvarın 17-də ölkə ərazisində qeydə alınan 75, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

 

DİN-in Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 123, o cümlədən borclu şəxs qismində axtarışda olan 98 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Narkotiklərlə əlaqəli 53, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 29 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 81 nəfər saxlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi