Əlilliklə bağlı müraciətlər hədsiz çoxdur.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.
Komitə sədri bildirib ki, burada xeyli irəliləyiş var, yeni qurum yaranıb, onların ixtiyarına yeni xəstəxana verilib:
“Əvvəllər ölkənin bəzi xəstəxanalarında əlilləri aylarla yatırdırdılar. Səhiyyə müəssisələri ilə əlilliyi verən qurum arasında anlaşmazlıqlar olurdu. Amma yeni qərarlardan sonra bu istiqamətdə uğurlu nəticələr alınacağını arzu edirəm. Amma hələ də şikayətlər çoxdur”.