Modern.az

Levon Ter-Petrosyan İran səfiri ilə nə danışıb? - AÇIQLAMA

Levon Ter-Petrosyan İran səfiri ilə nə danışıb? - AÇIQLAMA

Aktual

18 Yanvar 2024, 11:58

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan şəxsi iqamətgahında İran İslam Respublikasının fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani ilə görüşüb.

Modern.az xəbər verir ki, bu barədə Levon Ter-Petrosyanın Facebook səhifəsində bildirilib.
 

İki saata yaxın davam edən söhbətdə Ermənistan-İran dostluğunun möhkəmləndirilməsi, iqtisadi və mədəni əlaqələrin dərinləşdirilməsi, o cümlədən regional təhlükəsizliyin təmin edilməsi və kommunikasiya marşrutlarının fasiləsiz fəaliyyətinin təmin edilməsi və inkişafı məsələləri ətraflı müzakirə olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi