Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyanı qəbul edib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, söhbət zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi müzakirə olunub.
Moskva Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında bir sıra sazişlər əsasında bu istiqamətdə üçtərəfli işlərin tezliklə bərpasının zəruriliyini vurğulayıb.