Modern.az

Sərhədi pozmağa cəhd edən şəxs tutuldu

Sərhədi pozmağa cəhd edən şəxs tutuldu

Aktual

18 Yanvar 2024, 12:48

İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən şəxs saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

 

Bildirilib ki, yanvar ayının 15-də saat 21:56-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Neftçala rayon sakini 1967-ci il təvəllüdlü Mustafayev Eldəniz Aboş oğlu saxlanılıb.

 

Fakt üzrə üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi