Modern.az

Fransanın qətnamə şousunun arxasında ermənilər var – Millət vəkili

Fransanın qətnamə şousunun arxasında ermənilər var – Millət vəkili

Aktual

18 Yanvar 2024, 13:18

“Bütövlükdə Avropa İttifaqı ilə Azərbaycanın münasibətlərinin pis olduğunu deyə bilmərəm. Azərbaycan Avropa İttifaqı ilə münasibətləri normaldır. Fransa senatına, ümumilikdə Fransanın Azərbaycana qarşı siyasətinə bu olduqca çovinist bir siyasətdir. Fransa senatının qəbul etdiyi bu qətnamə birbaşa Emanuel Makronun siyasətinin iç üzüdür.”

 

Modern.az xəbər verir ki, bu fikirləri Real Televiziyasının efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

 

Deputat bildirib ki, Fransanın qəbul etdiyi bu qətnaməyə Azərbaycan daha radikal cavab verə bilər.

 

“Fransanın böyük şirkətləri Azərbaycanda fəaliyyət göstərir. Azərbaycanın bu sankisyalara cavabı daha çox Fransaya ziyan verə bilər. Fransa senatında olanların çoxu məhz erməni diasporu vasitəsilə seçiliblər və bu gün də ermənilərin göstərişlərini yerinə yetirirlər. Buna görə Fransa senatndan, ümümilikdə Fransadan demokratiya gözləmək gülüncdür.”- deyə Cavanşir Feyziyev bildirib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi