Modern.az

"Kalaşnikov" və 85 patronu polisə təhvil verdi

Aktual

18 Yanvar 2024, 18:33

Vətəndaşlarda olan odlu silah-sursatların könüllülük prinsipi əsasında təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini olan bir nəfər tapdığı “Kalaşnikov” markalı avtomatı, həmin silaha məxsus 3 darağı və 85 ədəd patronu könüllü olaraq təhvil verib.

 

Əhalidə saxlanılan qanunsuz odlu silahların könüllülük prinsipi əsasında təhvil verilməsi məqsədilə aparılan profilaktik tədbirlərə dəstək verdiyi üçün vətəndaşa təşəkkür edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi