Modern.az

Qubada saxlanılan kişinin üzərində silah AŞKARLANDI

Qubada saxlanılan kişinin üzərində silah AŞKARLANDI

Aktual

19 Yanvar 2024, 08:03

Əllərdə qanunsuz saxlanılan odlu silah, partlayıcı maddə və qurğuların aşkar edilməsi, onların satışı ilə məşğul olan şəxslərin ifşa olunması məqsədilə Quba Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Ədalət Məmmədov saxlanılıb.

 

Həmin şəxsin üzərindən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd patron darağı və 5 ədəd güllə aşkar edilərək götürülüb.

 

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Ədalət Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi