Modern.az

Agentlik həssas qruplarla işləyən QHT sədrlərini görüşə çağırdı

Agentlik həssas qruplarla işləyən QHT sədrlərini görüşə çağırdı

Aktual

19 Yanvar 2024, 00:50

QHT-lərə Dövlət Dəstəyi Agentliyində şəhid ailələri, müharibə iştirakçıları ilə işləyən bir qrup QHT sədrləri ilə görüş keçirilib

Modern.az xəbər verir ki, Yanvarın 18-də QHT-lərə Dövlət Dəstəyi Agentliyində şəhid ailələri, müharibə iştirakçıları ilə işləyən bir qrup QHT nümayəndələri ilə görüş keçirilib. Görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva və Agentliyin digər məsul şəxsləri iştirak edib.

Aparılan müzakirələrdə 25-ə yaxın QHT təmsilçisi müxtəlif təkliflər səsləndirib, müvafiq qeydlər götürülüb, suallar cavablandırılıb.

Müxtəlif profil üzrə QHT-lərlə analoji görüşlər davam etdiriləcək.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi