Modern.az

“Kalaşnikov”ları polisə təhvil verdilər 

“Kalaşnikov”ları polisə təhvil verdilər 

Aktual

19 Yanvar 2024, 09:34

Vətəndaşlarda olan odlu silah-sursatların könüllü təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinə müraciət edən iki nəfər rayon sakini tapdıqları 2 “Kalaşnikov” markalı avtomatı və həmin silaha məxsus 2 darağı könüllü olaraq təhvil veriblər.

 

Gələcəkdə baş verə biləcək ağır cinayətlərin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən bu istiqamətdə tədbirlər davam etdirilir.

2 “Kalaşnikov” avtomatını polisə könüllü təhvil verdilər - FOTO

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi