Modern.az

ABŞ səfirliyi Azərbaycandakı beynəlxalq missiyalara ÇAĞIRIŞ ETDİ

ABŞ səfirliyi Azərbaycandakı beynəlxalq missiyalara ÇAĞIRIŞ ETDİ

Aktual

19 Yanvar 2024, 10:00

ABŞ-nin Azərbaycandakı səfirliyi digər beynəlxalq missiyalara çağırış edib.

 

Modern.az xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

 

"Biz bu il yeni və kreativ yaşıl siyasəti həyata keçirmək üçün Azərbaycandakı digər beynəlxalq missiyalara dostcasına çağırış edirik. Biz birlikdə ətraf mühiti yaxşılaşdırmağı səbirsizliklə gözləyirik!",- məlumatda qeyd edilib.

 

Qeyd edək ki, Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Eyni zamanda Bakı bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi edəcək.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi