Modern.az

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya olundu

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya olundu

Aktual

19 Yanvar 2024, 11:16

Baş prokurorluğun vəsatəti əsasında Gürcüstanın Baş Prokurorluğu tərəfindən «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Hüseynli Cavid Sabir oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.

 

Bu barədə Modern.az Baş Prokurorluqdan bildirilib.

 

Məlumata görə, Sumqayıt şəhər polis idarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Cavid Hüseynlinin Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

 

Cavid Hüseynli yanvarın 18-də Gürcüstan ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi