Modern.az

Azərbaycanda nadir quşları ovlayan ərəb sahibkar cəzalandırılacaq

Azərbaycanda nadir quşları ovlayan ərəb sahibkar cəzalandırılacaq

Aktual

19 Yanvar 2024, 12:48

Xarici vətəndaşlardan biri Azərbaycanda adı “Qırmızı kitab”a salınan quşları ovlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə görüntüləri o, özünün “Instagram” platformasındakı hesabından paylaşıb. 

 

Bir neçə gün öncə Belal Aldaas adlı şəxs öz sosial media hesabında adı “Qırmızı kitab”a düşən bəzgəklərin ovundan fotolar yerləşdirib. Həmin şəxsin restoranlar şəbəkəsi var.

 

Məsələ izləyicilər tərəfindən ciddi müzakirələrə səbəb olub. 

 

Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov Oxu.Az-a bildirib ki, xarici ölkə vətəndaşının Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşmüş bəzgək quşlarını ovlaması ilə bağlı sosial şəbəkədə yayılan foto əsasında araşdırma aparılıb və onun Suriya Ərəb Respublikası vətəndaşı Belal Aldaas olduğu müəyyən edilib. 

 

O qeyd edib ki, qanunsuz ov edən şəxsin əməlində cinayət tərkibi olduğundan məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndəriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi