Modern.az

Dini qurumlara maliyyə yardımı ayrıldı - SƏRƏNCAM

Dini qurumlara maliyyə yardımı ayrıldı - SƏRƏNCAM

Aktual

19 Yanvar 2024, 13:56

Dini qurumlara maliyyə yardımı ayrılıb.

 

Modern.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

 

Sərəncamla Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan qurumlara aşağıdakı məbləğdə pul ayrılıb:

 

Qafqaz Müsəlmanları İdarəsinə - 2 milyon manat
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna - 350 min manat
Bakı şəhəri Dağ yəhudiləri dini icması - 350 min manat
Avropa yəhudilərinin Bakı dini icmasına - 350 min manat
Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna - 350 min manat
Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına - 350 min manat
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu - 350 min manat

 

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi