Modern.az

Millətimizin azadlıq və istiqlal mücadiləsini simvolizə edən qəhrəmanlıq

Millətimizin azadlıq və istiqlal mücadiləsini simvolizə edən qəhrəmanlıq

19 Yanvar 2024, 17:14

20 Yanvar hadisələrində Azərbaycan xalqının nümayiş etdirdiyi müqavimət əzmi millətimizin azadlıq və istiqlal mücadiləsini simvolizə edən, tariximizdə, yaddaşımızda dərin izlər buraxan qəhrəmanlıq rəmzidir.

 

Modern.az xəbər verir ki, bu sözləri Azər Kərimli bildirib.

 

O qeyd edib ki, bu hadisədən 34 il keçməsinə baxmayaraq, xalqımız və dövlətimiz 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur, öz azadlığı naminə həyatını qurban verməyə hazır olan qəhrəmanların varisləri olduğumuzu, müstəqilliyimizin ana südü qədər bizə halal olduğunu bütün dünyaya nümayiş etdirir.


"20 Yanvar faciəsini xatırlayarkən, şübhəsiz ki, həmin dövrdə tamamilə informasiya blokadasında olan, təklənmiş, küncə sıxışdırılmış xalqımızın müqavimətinin davam etdiyini və bu prosesdə Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətini də xüsusi vurğulamaq lazımdır. Çünki məhz xalqımızın böyük oğlunun Azərbaycan xalıqına divan tutulması əmrinin verildiyi bir şəhərdə - Moskvada yerləşən daimi nümayəndəliyimizdə keçirdiyi mətbuat konfransı xalqımızın mübarizə əzminin qırılmamasında, müstəqillik uğrunda mücadiləsinin davam etdirilməsində müstəsna rol oynadı.


Heydər Əliyev öz xalqının fədakar oğlu və cəsarətli lideri kimi SSRİ-nin mərkəzi hakimiyyətinin bütün təzyiq və təhdidlərinə baxmayaraq, azərbaycanlıların öz hüquqları uğrunda dinc etiraza qalxdıqlarını bütün dünyaya çatdırmağı bacardı, Mixail Qorbaçovun və ətrafının yanvarın 20-də baş verənlərlə bağlı dünyaya uydurduqları yalanları darmadağın etdi. Heydər Əliyevin qətiyyətli və cəsarətli mövqeyi nəticəsində Moskvanın xalqımıza vurmağa çalışdığı “ekstrimist”, “terrorçu” damğası dinc insanlara divan tutan cinayətkar ordunun və qətliamın siyasi sifarişini verənlərin alnına basıldı.


Daimi nümayəndəlikdə keçirilən tarixi mətbuat konfransında Prezident İlham Əliyevin də Ümummilli liderlə yanaşı dayanması, xalqının çətin günündə bütün maneələrə baxmayaraq, onunla həmrəy olduğunu nümayiş etdirməsi ümumxalq hüznündən, ədalətsizliyə, haqsızlığa qarşı doğan etirazdan keçən şərəfli bir yolun davamı, Azərbaycan xalqını bu məhrumiyyətlərdən xilas edəcək, onu layiq olduğu qürurlu həyata qovuşduracaq tarixi bir missiyanın başlanğıcı idi. 


20 Yanvar hadisələrindən ötən dövr ərzində çox böyük çətinliklərdən keçdik, lakin siyasi liderlərimizin – Heydər Əliyev və varisinin strateji düşüncəsi, İlham Əliyevin haqsızlığa qarşı milli iradəni ifadə edən qətiyyəti, cəsarəti sayəsində bir millət və dövlət olaraq yenidən dirçəldik, məğlub toplumdan qalib xalqa çevrildik. Bu gün bütün şəhidlərimizin ruhu şaddır. Onlar Azərbaycan xalqının yaddaşında əbədiyyətə qədər yaşayacaqlar".

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi