Modern.az

Ceyhun Bayramov Robert Floyd ilə görüşüb

Ceyhun Bayramov Robert Floyd ilə görüşüb

Aktual

19 Yanvar 2024, 17:44

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) Dövlət və Hökumət Başçılarının 19-cu zirvə görüşü çərçivəsində Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi Təşkilatının icraçı katibi Robert Floyd ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

 

Bildirilib ki, tərəflər nüvə silahının yayılmaması sahəsində əməkdaşlığın perspektivlərini və regional məsələləri müzakirə ediblər.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi