Modern.az

Daha 4 silah polisə təhvil verildi 

Daha 4 silah polisə təhvil verildi 

Aktual

19 Yanvar 2024, 18:23

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar olunaraq götürülməsi və ya könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktiki tədbirlər davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Modern.az-a məlumata görə, keçirilən növbəti profilaktiki tədbirlər nəticəsində rayon sakinləri qanunsuz olaraq saxladıqları müxtəlif markalı 4 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi