Modern.az

Ceyhun Bayramov daha bir həmkarı ilə görüşdü 

Ceyhun Bayramov daha bir həmkarı ilə görüşdü 

Aktual

19 Yanvar 2024, 19:51

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov somalili həmkarı Əli Məhəmməd Ömər ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə XİN-in X sosial şəbəkəsindəki səhifəsində deyilir.

 

Görüş Uqandada keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 19-cu Zirvə Toplantısı çərçivəsində baş tutub.

 

Tərəflər regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığı müzakirə ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi