Almaniyanın Köln şəhərində 1990-cı ildə baş vermiş Qanlı 20 Yanvar Faciəsinin şəhidləri yad edilib.
Modern.az xəbər verir ki, 20 Yanvar şəhidlərinin anma mərasimi İrkaz təşkilatı və bir qrup azərbaycanlılar tərəfindən Köln şəhərində qeyd olunub.
Tədbir Qurani-Kərim tilavəti ilə başlayıb, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin ruhlarına dualar oxunub, ehsan süfrəsi açılıb.
Həmin tədbirdən olan görüntüləri təqdim edirik: