Modern.az

Qarabağda tapdığı silahı gizlədən şəxs saxlanıldı

Qarabağda tapdığı silahı gizlədən şəxs saxlanıldı

22 Yanvar 2024, 13:10

Bərdədə silah-sursat saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

 

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən xəbərə görə, Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq silah əldə edərək saxlamaqda şübhəli bilinən rayon sakini Həsənov Sərxan Baloğlan oğlu tutulub. Onun yaşadığı ünvandan 1 ədəd "Kalaşnikov" avtomatı və həmin silaha məxsus 1 ədəd daraq və 30 ədəd patron aşkar edilərək götürülüb. Dindirilmə zamanı o, həmin silahı işğaldan azad edilmiş ərazilərdən tapdığını və öz yaşadığı ünvana gətirərək gizlətdiyini etiraf edib.

 

Faktla bağlı Bərdə Rayon Polis şöbəsində Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi