Modern.az

Ukraynada yaşayan Azərbaycan vətəndaşları Kiyevdə səs verəcəklər

Ukraynada yaşayan Azərbaycan vətəndaşları Kiyevdə səs verəcəklər

22 Yanvar 2024, 13:26

Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar ölkəmizin Ukraynadakı səfirliyində seçki məntəqəsi yaradılıb.

 

Səfirlikdən Modern.az-a bildiriblər ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq seçici siyahıları tutulub və Mərkəzi Seçki Komissiyasına təqdim edilib. Həmçinin səsvermə zamanı istifadə olunacaq müvafiq ləvazimatlar alınıb. Ukrayna müharibə şəraitində olduğu üçün səsvermə günü təhlükəsizlik tədbirləri də nəzərdə tutulub.

 

Bu dəfə səs verənlər arasında seçkilərdə ilk dəfə iştirak edəcək Azərbaycan gəncləri də olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi