Modern.az

Ukraynalı deputatlar Azərbaycanda seçkiləri müşahidə edəcək

Ukraynalı deputatlar Azərbaycanda seçkiləri müşahidə edəcək

22 Yanvar 2024, 15:54

Ukrayna Ali Radasının nümayəndə heyəti fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə  Ali Radadan (parlament) məlumat verilib.

 

Bildirilib ki, müşahidə missiyasına Ukrayna Ali Radası sədrinin müavini Olena Kondratyuk başçılıq edəcək.

 

Müşahidə missiyasına ukraynalı deputatlar - Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Valeriy Kolyux, Sergey Bunin və Ukrayna Ali Radası sədrinin müavini Olena Kondratyukun beynəlxalq məsələlər üzrə müşaviri Oleksandr Mişenko daxildir.

 

Ukrayna Ali Radasının müşahidə missiyası fevralın 4-8-də Azərbaycanda səfərdə olacaq, seçkinin nəticələrinə dair hesabat hazırlayacaq. (AZƏRTAC)

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi