Modern.az

Naxçıvanda təlim-atış çalışmaları - FOTO

Naxçıvanda təlim-atış çalışmaları - FOTO

Aktual

25 Yanvar 2024, 12:00

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Naxçıvandakı birləşməsində döyüş hazırlığı planına uyğun olaraq hərbi qulluqçularla təlim-atış çalışmaları, praktiki məşğələ və təlimlər keçirilir.

 

Modern.az xəbər verir ki, qarlı-şaxtalı havalarda, çətin relyefli ərazilərdə döyüş tapşırıqlarının yüksək peşəkarlıqla icrasına nail olunması məqsədilə şəxsi heyət təlim-atış çalışmasına cəlb edilib.

 

Havanın əlverişsiz olmasına baxmayaraq, təyin edilmiş hədəflər yüksək sərrastlıqla və hərbçi ustalığı ilə məhv edilib.

 

Daxili Qoşunların Naxçıvandakı birləşməsində plana uyğun olaraq təlim-atış çalışmaları davam edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi