Modern.az

AZAL-ın təyyarəsi duman səbəbindən geri qayıdıb

AZAL-ın təyyarəsi duman səbəbindən geri qayıdıb

Aktual

25 Yanvar 2024, 12:14

“Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8223 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib.

 

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, buna səbəb Tbilisi hava limanı ətrafındakı hava şəraitinin qəfil pisləşməsi (duman) olub.


Təyyarə yerli vaxtla saat 11:28-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

 

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Tbilisiyə yola düşəcəklər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi