Modern.az

Hepatit “A” Ceyranbatan su anbarından yayılır? - VİDEO

Hepatit “A” Ceyranbatan su anbarından yayılır? - VİDEO

Aktual

25 Yanvar 2024, 12:46

Bakı şəhəri Suraxanı rayonu Əmircan və Bülbülə qəsəbələrinin əhalisi arasında yoluxucu Hepatit A virusu yayılıb. Məlum olduğu kimi sözügedən xəstəlik adətən su vasitəsilə yayılır. Bu isə bütün diqqəti Ceyranbatan su anbarına yönəldib.

 

Modern.az xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Televiziyası (AzTV) süjet hazırlayıb.

 

Bildirilib ki, Abşeron yarımadasının 80 faizdən çox hissəsini su ilə təmin edən anbarda filtrasiya prosesi bir neçə mərhələdən keçir: “Ceyranbatan gölündəki su nasosla çəkilir. Xüsusi mexaniki süzgəclər vasitəsilə suyun tərkibindəki kiçik və böyük çirkablar təmizlənir. Gün ərzində bütün bu analizlər aparılır”.

 

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi