Modern.az

Gürcüstanda narkomanların sayı artıb

Gürcüstanda narkomanların sayı artıb

Aktual

25 Yanvar 2024, 13:38

Gürcüstan Daxili İşlər Nazirliyinin Ekspert-Kriminal Baş İdarəsinin Narkotiklərlə Mübarizə Xidməti 2023-cü ildə narkomaniyanın yayılması səviyyəsini öyrənmək məqsədilə araşdırma aparıb. Ölkə üzrə 5492 nəfər müayinəyə cəlb olunub və onlar test analizi veriblər. Müayinədən keçənlərin 4023-nün narkoman olduğu müəyyən edilib.

 

Modern.az xəbər verir ki, Gürcüstan DİN-in saytında yerləşdirilmiş məlumata görə müayinə edilənlərdən 5338 nəfəri kişilərdir, onlardan 3970 nəfəri müsbət nəticə göstərib,154 qadından isə 53-də narkotik aludəçiliyi təsdiqlənib.

 

Ötən il narkomaniyaya görə yoxlanılan şəxslərdən 17-si yetkinlik yaşına çatmayanlar olub, onlardan 10-nun narkoman olduğu üzə çıxıb.

 

Statistikaya görə, narkomaniya testi verənlərin 3278 nəfəri 25-44 yaş arasında olub və 2393 kişi və 34 qadın pozitiv nəticə göstərib. Altmış yaşdan yuxarı 155 vətəndaşdan isə 72 nəfərinin narkotik aludəçisi olduğu aşkarlanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi