Modern.az

"Azərpoçt" əməkhaqlarını artıracaq

Aktual

25 Yanvar 2024, 13:26

2023-cü ildə xərc artımının əsas hissəsi əməkhaqqı xərclərinin payına düşür. Belə ki, 2023-cü ilin əvvəlində minimum əmək haqının 17% artımı xərclərin artımına səbəb olub.

 

Modern.az xəbər verir ki, bunu “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarə heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev ötən ilin yekunlarına dair hesabatın təqdimatı zamanı deyib.

 

İsi Mustafayev qeyd edib ki, “Azərpoçt”əməkdaşlarının aylıq gəlirlərinin artırılması üzrə 2023-cü il üçün qarşıya hədəf kimi qoyulmuş əməliyyat bonusunun tətbiqinə başlanılıb:

 

“Azərpoçt”un 2024-cü il üzrə əsas hədəfi yenə də əməkdaşların maddi rifah səviyyəsinin yüksəldilməsi olacaq ki, büdcə xərclərində bu istiqamətdə 15%-lik artım nəzərdə tutulub".

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi