Modern.az

Rusiyada qəzaya uğrayan təyyarənin qara qutusu tapıldı

Rusiyada qəzaya uğrayan təyyarənin qara qutusu tapıldı

Aktual

25 Yanvar 2024, 15:08

Rusiyanın Belqorod vilayətində qəzaya uğrayan "İl-76" təyyarəsinin iki qara qutusu tapılıb.

Modern.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Qeyd olunub ki, qutular oxunması üçün Rusiya Müdafiə Nazirliyinin xüsusi laboratoriyasına aparılacaq.

İlkin məlumata görə, qutuların vəziyyəti onların oxunmasına imkan verəcək.

Xatırladaq ki, yanvarın 24-də Rusiya Aerokosmik Qüvvələrinə məxsus İl-76 təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb.

Qəzaya uğrayan İl-76 təyyarəsinin göyərtəsində Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbçisi mübadilə üçün Belqorod vilayətinə aparılıb. İl-76-nın göyərtəsində Ukrayna Silahlı Qüvvələrinin əsir götürülən hərbçilərindən əlavə, 6 ekipaj üzvü və onları müşayiət edən 3 şəxs olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi