Modern.az

Naxçıvanda DOST mərkəzi açılacaq

Naxçıvanda DOST mərkəzi açılacaq

Aktual

25 Yanvar 2024, 15:36

Yaxın vaxtlarda Naxçıvan DOST mərkəzinin açılışı planlaşdırılır.

 

Modern.az xəbər verir ki, bunu Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) İdarə Heyətinin sədri Fərid Məmmədov deyib.

 

Onun sözlərinə görə, indiyə qədər ölkədə 17 regional DOST mərkəzi, 55 regional DOST filialının açılışı olub: "Bu mərkəzlərdə vətəndaşlara 15 istiqamət üzrə 159 xidmət göstərilir. Gün ərzində xidmət mərkəzlərinə 250- 260 min müraciətə baxılır".

 

Agentlik sədri bildirib ki, yaxın vaxtlarda Quba və Naxçıvan regional DOST mərkəzlərinin açılışı planlaşdırılır: "Hətta azad edilən Ağdam, Şuşa, Xocalı, Xocavənd rayonları və Xankəndi şəhəri DOST xidmətləri ilə əhatə olunub".

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi