MÜSİAD Azərbaycanın "Azerbaycana gelmek için 101 neden" başlıqlı təqdimatının hazırlıqları bitmək üzrədir.
Modern.az xəbər verir ki, bu barədə təşkilat "X" platformasında paylaşım edib.
"MÜSİAD Azərbaycan olaraq ölkə başçılarımızın qarşımıza qoyduğu ticarət və qarşılıqlı investisiyalar istiqamətində fəaliyyətlərimizi davam etdiririk.Ötən il fəaliyyətə başlayan MÜSİAD Ticarət Ofisi və MÜSİADINVEST vasitəsilə ölkəmizə iş insanlarının və investorların cəlb edilməsi, iş insanlarımıza və ölkə iqtisadiyyatımıza töhfə vermək başlıca hədəfimizdir. Bu məqsədlə Azərbaycanla bağlı iqtisadi, turistik, statistik məlumatların olduğu “AZERBAYCANA GELMEK İÇİN 101 NEDEN “ başlıqlı təqdimatımızın hazırlıqları bitmək üzrədir. Bütün tədbirlərimizdə ifadə etdiyimiz kimi, Azərbaycanın ticari-iqtisadi olaraq 10 milyonluq əhalisi olan coğrafiya olaraq deyil, 250 milyondan çox əhalisi olan MDB ölkələrinə çıxış nöqtəsi kimi dəyərləndirilməsi vacibdir. Yaxın zamanda həm Türkiyədəki qurum və quruluşlarla, həm də 60 000 şirkətin təmsil olunduğu MÜSİAD-ımızın 163 şöbəsində iş insanlarımızla paylaşmağı planlaşdırırıq. Bu təqdimatda Azərbaycana gəlmək istəyən iş insanımız gəliş səbəbini müəyyənləşdirdikdən sonra aidiyyatı səbəblə bağlı məlumatlar ala biləcək. Bizlər qardaşlıq şüurumuzu ortaqlıq mədəniyyətiylə birləşdirmənin, sinerjimizi artırmanın əzmindəyik. Gücümüz birliyimizdədir!", - paylaşımda qeyd olunub.