Modern.az

Ədliyyə Nazirliyinin vəzifələri artırıldı

Ədliyyə Nazirliyinin vəzifələri artırıldı

Aktual

25 Yanvar 2024, 16:55

Daimi arbitraj təşkilatı kimi fəaliyyət göstərmək üçün qeyri-kommersiya hüquqi şəxslərini akkreditasiyadan keçirmək Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətlərinə daxil edilib.

 

Modern.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Arbitraj haqqında” Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1077-VIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” fərmanda əksini tapıb.

 

Daimi arbitraj təşkilatı kimi fəaliyyət göstərmək üçün qeyri-kommersiya hüquqi şəxslərini akkreditasiyadan keçirmək və onların akkreditasiyasını ləğv etmək isə Ədliyyə Nazirliyinin vəzifələri sırasına daxil edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi