Modern.az

“Beynəlxalq xüsusi hüquq haqqında” qanun layihəsi hazırlanacaq

“Beynəlxalq xüsusi hüquq haqqında” qanun layihəsi hazırlanacaq

Aktual

25 Yanvar 2024, 17:16

“Beynəlxalq xüsusi hüquq haqqında” qanun layihəsi hazırlanacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı “Arbitraj haqqında” Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1077-VIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” fərmanda qeyd edilib.

 

Fərmana əsasən, Nazirlər Kabineti beynəlxalq norma və prinsiplər, habelə mütərəqqi xarici təcrübə nəzərə alınmaqla, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının yeni qanununun layihəsini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi