Modern.az

Avtoxuliqanı 3 DYP maşını belə saxladı - VİDEO

Avtoxuliqanı 3 DYP maşını belə saxladı - VİDEO

Aktual

25 Yanvar 2024, 17:22

Paytaxt ərazisində narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücünün yol polisi tərəfindən saxlanılmasını əks etdirən görüntülər yayılıb.

 

Modern.az xəbər verir ki, görüntülərdən 3 DYP avtomobilinin “Kia Rio” markalı avtomobili təqib etməsi və ara məhəllələrin birində yaxalaması məlum olur.

 

Polis əməkdaşlarının idarə etdiyi iki xidməti avtomobil ön, digəri isə arxa tərəfdən həmin maşını dövrəyə alıb. Çıxış yolu olmayan sürücü Elşən Qanbayev müqavimət göstərə bilməyib.

 

Xatırladaq ki, 99-RO-503 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə “saxla” işarəsi verilsə də, o, məhəl qoymayaraq Heydər Əliyev prospektində nəqliyyat axınına əks istiqamətdə hərəkətini davam etdirib. Saxlanıldıqdan sonra onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı E.Qanbayevin narkotik vasitə qəbul etməsi də müəyyən olunub.

 

Məhkəmənin qərarı ilə E.Qanbayevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.

 

Baku.ws-ə istinadən həmin sürücünün saxlanılması videosunu təqdim edirik:

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi