Modern.az

Cavanşir Feyziyev vaxtilə Fransa ilə aparılmış danışıqların sirrini açıqladı - VİDEO

Cavanşir Feyziyev vaxtilə Fransa ilə aparılmış danışıqların sirrini açıqladı - VİDEO

Aktual

25 Yanvar 2024, 19:43

“AŞPA qərəzli mövqeyini əsas götürən Azərbaycan nümayəndə heyəti öz fəaliyyətini qeyri-müəyyən müddətə dayandırır. Bu Azərbaycan nümayəndə heyəti tərəfindən atılmış düzgün addım idi".

 

Modern az xəbər verir ki, bu fikirləri Real Televiziyaının efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev səsləndirib.

 

Cavanşir Feyziyev hesab edir ki, Avropa Vətən müharibəsindən sonra hər vəchlə sülh prosesinin nizamlanmasına mane olmağa çalışır.

 

“Avropa ölkələri Cənubi Qafqazda sülhün bərqərar olmasının istəmir. Avropa ölkələri Cənubi Qafqazda sülhün yox, daimi gərginliyin olmasını istəyir. Avropanın aparıcı ölkələri  Azərbaycanın öz torpaqlarında nəzarət buraxılış məntəqələrinin qurulmasına belə aqressiv yanaşırdı. Biz Avropa Şurasına üzv olanda Avropa dəyərlərinə inanırdıq. Ancaq sonralar anladıq ki, Avropada demokratik təsisatlar yalnız maraqlar üzərində həyata keçirilir.”- deyə Cavanşir Feyziyev bildirib.

Daha ətraflı videomatrealda:

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi