Modern.az

Liftdə köməksiz qalanlar belə xilas edildi - VİDEO

Liftdə köməksiz qalanlar belə xilas edildi - VİDEO

Aktual

25 Yanvar 2024, 21:52

Bakıda vətəndaşlar yaşayış binasının liftində köməksiz vəziyyətdə qalıblar.

 

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

 

Qurumun “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsində yerləşən yeddimərtəbəli yaşayış binasının liftində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 

 

Dərhal əraziyə FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunublar. 

 

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, texniki nasazlıq səbəbindən yeddimərtəbəli çoxmənzilli yaşayış binasının lifti birinci mərtəbədə dayanıb və beş nəfər vətəndaş liftdə köməksiz vəziyyətdə qalıb.

 

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapısını açaraq köməksiz vəziyyətdə qalan sakinləri xilas ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi