Modern.az

7 prokuror vəzifəsindən azad olundu, 2 nəfər orqandan xaric edildi - RƏSMİ

7 prokuror vəzifəsindən azad olundu, 2 nəfər orqandan xaric edildi - RƏSMİ

26 Yanvar 2024, 11:16

2023-cü ilə 38 prokurorluq əməkdaşı barəsində intizam tənbeh tədbiri tətbiq edilib.

 

Modern.az xəbər verir ki, bunu yanvarın 26-da Azərbaycan Respublikasının Baş Prokurorluğunda geniş Kollegiya iclasında çıxış edən Baş prokuror Kamran Əliyev deyib.

 

Baş prokuror bildirib ki, 2023-cü ildə 30 prokurorluq işçisi və 8 dövlət qulluqçusu barəsində intizam tənbeh tədbiri tətbiq edilib. Onlardan 7 nəfər vəzifədən azad olunub, 2 nəfər prokurorluq orqanlarından xaric edilib.

 

Həmçinin, bildirilib ki, 2023-cü ildə 57 şəxs işə qəbul edilib, 355 şəxs isə həvəsləndirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi