24 yanvar 2024-cü il tarixində Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan nümayəndə heyətinin AŞPA-nın 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə dair qətnamə qəbul edib .
Qətnamənin müzakirəsi zamanı 76 deputat sənədin lehinə, 10 deputat əleyhinə səs verib, 4 deputat bitərəf qalıb.
Yalnız Ukrayna və Türkiyənin nümayəndələri Azərbaycanı dəstəkləyib, qətnamənin əleyhinə çıxış ediblər.
Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının üzvü, Mıgrı rayon icmasının Nüvədi kəndində dünyaya göz açmış Bakı Dövlət Universitetinin “Həyat Fəaliyyətinin Təhlükəsizliyi” kafedrasının müdiri, k.e.d., prof. İsmayıl Əliyevin fikrincə AŞPA-nin bu qərarı qəti şəkildə qəbul edilməzdir.
AŞPA-nın Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması haqqında bədnam qərarı müstəqil , azad Azərbaycanın güclənməsinə, XXI əsrdə Türk dünyasının dünyada güclü geosiyasi amilə çevrilməsinə heç cür mane ola bilməyəcək.
Azərbaycan nümayəndə heyətinin ikili standartlara, islamofob, türkofob, azərbaycanofob xəstəliyinə tutulmuş AŞPA-da verdiyi geniş, ətraflı bəyanatnı dogru qərarı hesab edir və tam dəstəkləyirəm.
Azərbaycan Avropa Şurasına 2001-ci ildə tamhüquqlu üzv qəbul olunmuş və ötən 23 il ərzində üzərinə götürdüyü öhdəlikləri yüksək səviyyədə yerinə yetirmişdir. Eyni zamanda Azərbaycan işğaldan torpaqlarını azad edərək, müstəqilliyini öz gücünə bərpa etmiş qalib dövlətdir. Avropanın enerji təhlükəsizliyində fəal iştirak edir, nəqliyyat loqistika məsələlərində Asya ilə Avropa dövlətləri arasında mühüm körpü rolunu oynayir.
Bəs görəsən 30 ildən artıq Ermənistandan qovulmus 400 mindən çox azərbaycanlının taleyi niyə indiyə qədər AŞPA-nı düşündürmür? BMT-nin Tarixi dörd qərarının yerınə yetirilməsinə niyə bu 30 ildə AŞPA reaksiya vermədi?
İndi isə ermənidən çox erməni olmaq istəyir.
İsmayıl Əliyev
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor!