Modern.az

Kəlbəcərdə silah-sursat tapıldı

Kəlbəcərdə silah-sursat tapıldı

26 Yanvar 2024, 15:40

Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı rayon ərazisində pulemyot, avtomat və əl qumbaraları tapılıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, rayon ərazisindəki müxtəlif yerlərdən 1 ədəd “RPQ” markalı pulemyot, 2 ədəd “Kalaşnikov” markalı avtomat, 3 ədəd avtomat darağı, 26 ədəd “F1” markalı əl qumbarası və 19 ədəd əl qumbarasının alışqanı aşkar edilib.

 

Tapılan silah-sursat aidiyyəti üzrə təhvil verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi