Modern.az

197 uşaq dövlət müəssisələrindən ailələrinə qaytarıldı

197 uşaq dövlət müəssisələrindən ailələrinə qaytarıldı

27 Yanvar 2024, 14:08

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi dövlət uşaq müəssisələrindən uşaqların ailələrinə qayıdışı, onların ailə mühitində böyüməsi üçün hüquqi, sosial, tibbi-psixoloji və s. dəstək tədbirlərini davam etdirir.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, reinteqrasiyayönümlü həmin tədbirlər nəticəsində ötən il daha 197 uşaq dövlət uşaq müəssisələrindən ailələrinin himayəsinə qaytarılıb.

 

Ümumilikdə son dörd ildə 448 uşağın müəssisələrdən ailələrinə qayıdışına nail olunub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi