Ağsunun Ləngəbiz kəndində iki nəfər dəm qazından zəhərlənib.
Modern.az xəbər verir ki, kənd sakinləri 1962-ci il təvəllüdlü İbrahimova Bəhanə Əlhəsən qızı və 1956-cı təvəllüdlü İbrahimov Alim Məmməd oğlu hamam otağında dəm qazından zəhərləniblər.
Xəstəxanada hər iki şəxsə ilkin tibbi yardım göstərilib.
Onların vəziyyətlərinin normal olduğu bildirilir.