Modern.az

Seçki bülletenində namizədlərin ardıcıllığı əlifba sırası ilə olacaq - RƏSMİ

Seçki bülletenində namizədlərin ardıcıllığı əlifba sırası ilə olacaq - RƏSMİ

Aktual

28 Yanvar 2024, 11:15

“Seçki bülletenində namizədlərin ardıcıllığı əlifba sırası ilə olacaq”.


Modern.az xəbər verir ki, bu barədə Xəbər15-ə Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələbinə əsasən, seçki bülletenində namizədlərin ardıcıllığı əlifba sırası ilə olur və bülletenlər də bu qayda əsas götürülməklə çap olunur:

“Hazırda çap prosesi intensiv şəkildə davam edir”.
 

Qeyd edək ki, fevralın 7-nə təyin edilmiş Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5-nin namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülüb.


Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?