Modern.az

Şənbə-bazar günləri 97 cinayətkar saxlanılıb

Şənbə-bazar günləri 97 cinayətkar saxlanılıb

29 Yanvar 2024, 10:12

27-28 yanvar tarixlərində ölkə ərazisində qeydə alınan 102, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

 

DİN-in Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 56, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Narkotiklərlə əlaqəli 73, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 19 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 97 nəfər saxlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi