Modern.az

Bakıda valideynlər uşağa işgəncə verib diləndirirmiş - ŞOK İDDİA

Bakıda valideynlər uşağa işgəncə verib diləndirirmiş - ŞOK İDDİA

29 Yanvar 2024, 10:50

“Bakı Metropoliteni”nin polis əməkdaşları diləndirilən 9 yaşlı uşağı aşkarlayıblar.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə feysbuk səhifəsində yazıb.

 

Onun sözlərinə görə, uşaq evinə qaytarılmamaq üçün polislərə yalvarıb:

 

“Uşaq dəhşətlər yaşayıb... Təhsildən yayındırılıb. Bədənində iltihablı yaralar var... Hər gün 70 manatdan çox pul qazanıb. O puldan özünə yemək xərci üçün götürəndə anası döyüb. Bu, azmış kimi, hər dəfə atasına da döydürüb. Valideynlər cəzalandırılmalıdırlar”, - Birliyin sədri qeyd edib.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məsələnin araşdırıldığını bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi